2019-cu il 1 sentyabr atrixinə Azərbaycanda neft-qaz sektorunda çalışan işçilərin orta əmək haqları 3,073 min manat təşkil edir (cari məzənnə ilə $1,8 min), bu da ötən ilin avqust ayının sonuna olan göstəricidən 0,32% azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilir.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışanların orta aylıq nominal əmək haqları ötən ilin analoji dövrü ilə müqayisədə 8,9% - 589,3 manatadək artıb.
Eyni zamanda, qeyri-neft qaz sektorunda çalışanların orta əmək haqları 10,3% - 532,9 manatadək artıb.
Sentyabrın əvvəlinə dövlət sektorunda çalışanlar aylıq 484,4 manat, özəl sektorda – 724,6 manat məbləğində əmək haqqı alıblar.
DSK-nın məlumatına əsasən, ən yüksək əmək haqları emal sənayesində müşahidə olunur, burada orta aylıq əmək haqqı 3,019 min manat təşkil edir (2018-ci il 1 sentyabr tarixinə olan göstərici ilə müqayisədə azalma 0,73%). O cümlədən, bu sahədə dövlət müəssisələrində orta əmək haqqı 1,416 min manat, özəl müəssisələrdə - 4,013 min manat təşkil edir.
2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydə alınan ən yüksək və ən aşağı əmək haqları ilə beş növ fəaliyyət üzrə siyahı aşağıda təqdim olunur.
İqtisadiyyat sektoru |
2019-cu ilin yanvar-avqust ayları üzrə orta əmək haqqı, manat |
2018-ci ilin yanvar-avqust ayları üzrə orta əmək haqqı, manat
|
Fərq, % |
Ən yüksək əmək haqları |
|||
Emal sənayesi |
3019,1 manat |
3 041,4 manat |
99,3 |
Maliyyə və sığorta fəaliyyəti |
1667,3 manat |
1 480,7 manat |
112,6 |
Peşə, elmi və texniki fəaliyyət |
1139,7 manat |
998 manat |
114,2 |
İnformasiya və rabitə |
993,8 manat |
868,5 manat |
114,4 |
Nəqliyyat və anbar təsərrüfatı |
827 manat |
805,2 manat |
102,7 |
Ən aşağı əmək haqları |
|||
Ticarət, nəqliyyat vasitələrinin təmiri |
397,9 manat |
389 manat |
102,3 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
379,9 manat |
548,4 manat |
69,3 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
376,6 manat |
290,4 manat |
129,7 |
Kənd, meşə təsərrüfatları, balıqçılıq |
331,4 manat |
273,3 manat |
121,3 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
311 manat |
240,1 manat |
129,5 |
**
X.Nəsirzadə