“Bank BTB” 2019-cu ilin yanvar-sentyabr aylarında aktivlərini 0,9% - 311,957 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 185,887 mln. manat (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6,1% - İF) təşkil edib.
Bankın öhdəlikləri 252,357 mln. manata (azalma 2,7%) bərabərdir. Hesabat dövrünün sonuna bankda depozitlər 119,549 mln. manat (azalma 3,3%) təşkil edib.
Oktyabrın əvvəlinə bankın kapitalı 59,6 mln. manata (artım 7,6%), nizamnamə kapitalı 66,45 mln. manata (dəyişməyib) bərabərdir.
9 ayın yekunları üzrə bankın xalis mənfəəti 3,999 mln. manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 83,3% - İF) təşkil edib.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
Ə.Məmmədov