“Aztikintiyol” MMC Suraxanı rayonunun inzibati ərazisində keçmiş yod-brom zavodunun ətrafında (100 ha) çirklənmiş ərazinin ekoloji sağlamlaşdırılması üzrə işlər həyata keçirəcək.
O cümlədən, işlərə bu ərazidə damcılı suvarma sisteminin qurulması daxildir.
İşlərin sifarişçisi qismində "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC çıxış edir.
www.tender.gov.az saytında dərc olunan məlumata görə, tərəflər arasında imzalana müqavilənin dəyəri 3 mln. 668,96.64 manat təşkil edir.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC 2008-ci il iyunun 13-də yaradılıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxildir.**
X.Nəsrizadə