2019-cu ilin yanvar-sentyabr aylarında Gürcüstan ərazisindəki boru kəmərləri ilə neft tranziti 198,7 mln. barrel təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,7% azdır. Bu barədə “Gürcüstan Neft və Qaz Korporasiyası” SC-nin məlumatında deyilir.
III rübdə neft tranziti əvvəlki rüblə müqayisədə 0,3% artıb, 2018-ci ilin III rübü ilə müqayisədə isə 7,6% azalıb.
Cari ilin 9 ayı ərzində Bakı Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə Türkiyə istiqamətində 178,5 mln. barrel Azərbaycan nefti (azalma 6%), Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Qara dəniz sahilindəki terminala 20,2 mln. barrel neft (azalma 2,4%) nəql olunub.
Bu ilin əvvəlindən etibarən hər iki boru kəməri ilə ən çox neft (24,56 mln. barrel) may ayında nəql olunub.
2018-ci ildə Gürcüstan ərazisi ilə neft tranziti 2017-ci ilin göstəricisi ilə müqayisədə 0,5% - 283 mln. barrel artıb. BTC ilə 255,3 mln. barrel (artım 0,9%), Bakı-Supsa ilə 27,7 mln. barrel neft (azalma 3,1%) nəql olunub.*