2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 852,9 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 16,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $186 mln. 213,4 min (artım 42,2%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $82 mln. 831,8 min dəyərində (artım 52%) 223,3 min ton şəkər xammalı və şəkər (artım 1,5 dəfə), $66 mln. 661 min dəyərində (azalma 13%) 87,232 min ton bitki yağı (azalma 2,2%), $34 mln. 251,5 min dəyərində (artım 1,2%) 8,733 min ton çay (azalma 0,1%), $42 mln. 193,3 min dəyərində (azalma 10,4%) 8,424 min ton kərə yağı və süd (artım 5,1%) idxal edilib.
Yanvar-avqust aylarında ayında respublikaya $18 mln. 165,5 min dəyərində (artım 18,7%) 5,743 min ton iribuynuzlu heyvan əti (artım 14,6%), $27 mln. 749,5 min dəyərində (artım 14,3%) 24,324 min ton quş əti və quş əti məhsulları (artım 11,3%) idxal olunub.
Yanvar-avqust aylarında respublikaya $76 mln. 971,8 min dəyərində (artım 20%) 75,485 min ton meyvə (artım 4,1%), $8 mln. 490,8 min dəyərində (artım 31,8%) 16,348 min ton tərəvəz (artım 39,1%), $24 mln. 108 min dəyərində (artım 12,7%) 92,348 min ton kartof (artım 7,9%) idxal edilib.
Hesabat dövründə ölkədən $157 mln. 489,5 min dəyərində (artım 0,6%) 169,5 min ton tərəvəz (azalma 1,1%), $175 mln. 118 min dəyərində (artım 35,5%) 126,9 min ton meyvə (artım 23,5%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $20 mln. 137 min dəyərində (artım 15,9%) 46,492 min ton şəkər (artım 56,5%), $4 mln. 848,6 min dəyərində (azalma 22%) 5,26 min ton bitki yağı (azalma 29,6%) ixrac edilib.
Həmçinin yanvar-avqust aylarında Azərbaycandan $7 mln. 693,2 min dəyərində (аrtım 23,5%) 6,795 min ton meyvə və tərəvəz şirələri (artım 37%), $4 mln. 631,9 min dəyərində (azalma 11,5%) 362,5 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 21,2%), $5 mln. 16,9 min dəyərində (аrtım 6,7%) 3 min 963 ton meyvə və tərəvəz konservləri (azalma 3,5%), $8 mln. 880,6 min dəyərində (artım 41,2%) 4,055 min ton tütün (artım 2 dəfə) ixrac edib.**
B.Rüstəmbəyov