2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana $334 mln. 799,3 min dəyərində minik avtomobilləri idxal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-avqust aylarında ölkəyə 24,088 min ədəd minik avtomobili (artım 1,6 dəfə) gətirilib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycana $36 mln. 180,6 min dəyərində (artım 1,7 dəfə) 2,262 min ədəd yük avtomobili (artım 1,7 dəfə), eləcə də $27 mln. 633,7 min dəyərində (artım 4,7 dəfə) 246 ədəd avtobus (artım 2,5 dəfə) gətirilib.
2018-ci ildə ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri ilk dəfə açıqlanıb. Ötən il respublikaya $407 mln. 634,8 min dəyərində minik avtomobilləri gətirilib ki, bu da 2017-ci ilin göstəricisindən 1,9 dəfə çoxdur. İdxal olunmuş avtomobillərin sayı 26,147 min ədəd təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.
2018-ci ildə Azərbaycana $33 mln. 241,6 min dəyərində (artım 2 dəfə) 2,3 min ədəd yük avtomobili (artım 1,9 dəfə), $15 mln. 874,8 min dəyərində (artım 43,4%) 297 ədəd avtobus (artım 60%) idxal olunub.*
B.Rüstəmbəyov