İran heç kimin bilmədiyi yollarla neft satışını əvvəlki kimi həyata keçirməyə qadirdir. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezinin bəyanatına istinadən xəbər verir.
"Neftimizin ixracına mane olmağa çalışanlar bizim onu necə satdığımızı bilmirlər", - deyə M.Vaezi vurğulayıb.
"Düşmənlərimiz İranın öz neftini satmasına mane olmağa çalışdılar, amma biz bunu etməyə davam edirik – onlar isə İranın bunu necə etdiyini hələ də bilmirlər", - deyə Prezident Administrasiyasının rəhbəri qeyd edib.*