Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bəyan edib ki, Suriya hökumət qoşunlarının nəzarəti altında olan Manbic və Kobani şəhərləri terrorçulardan təmizlənməlidir.
“Terrorçular Manbic və Kobanidən çıxarılmalıdırlar”, - deyə "Bloomberg" agentliyi R.T.Ərdoğana istinadən bildirir.
Prezident qeyd edib ki, "kürd özünümüdafiə dəstələrinin üzvləri Suriya hökumət qoşunlarının nəzarət etdiyi ərazilərdə olmamalıdır.*