2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 249,3 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 35,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $86 mln. 306,1 min (artım 60%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $6 mln. 65,7 min dəyərində (azalma 22,9%) 24 min 927,82ton (azalma 24,7%) sement və sement klinkeri idxal edilib.
Yanvar-avqust aylarında respublikaya $39 mln. 542,4 min dəyərində (artım 22,8%) 33 min 636,1 ton (artım 32,5%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $173 mln. 948 min dəyərində 227,2 min ton metalyayma məhsulu (artım 24,4%), $45 mln. 688,1 min dəyərində 81 min 403,7 ton qara metaldan hazırlanan çubuqlar (azalma 19,1%), $20 mln. 348 min dəyərində 27 min 48,1 ton qara metaldan hazırlanan günyə (artım 16%), $165 mln. 633,2 min dəyərində (azalma 41,9%) 123,4 min ton qara metaldan hazırlanan boru (azalma 12,8%) idxal edilib.**
B.Rüstəmbəyov