Bu gün azərbaycanlı hakerlərdən ibarət “Anti-armenia Team” qrupu tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.
“Hücum nəticəsində N.Paşinyanın rəsmi veb-saytına kənar müdaxilə uğurla nəticələnib. Veb-saytın xəbərlər hissəsinə “Qarabağ Azərbaycandır və nida işarəsi!” başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan prezidenti İlham Əliyevin Soçidə baş tutmuş "Valday 2019" forumundakı çıxışının video fraqmenti əlavə olunub”, – deyə hakerlərin yaydığı məlumatda bildirilir.*
F.İsazadə