Dövlət Neft Fondu (ARDNF) Milanda “Palazzo Turati” A tipli ofis binasını satıb.
“2016-cı ildə alınan Milan şəhərinin tarixi mərkəzində yerləşən, ümumi sahəsi 10 ,36 min kvadrat metr təşkil edən “Palazzo Turati” A tipli ofis binası112mln. avroya “Invesco Real Estate Management Sarl” şirkətinə satılıb”, - ARDNF-nin məlumatında deyilir.
Məlumatda deyilir ki, 2016-cı ildən bəri ARDNF qeyd edilən daşınmaz əmlakdan, ümumilikdə, təqribən26mln. avro həcmində gəlir əldə edib ki, bu da illik7,2%gəlirlilik deməkdir.
ARDNF-in icraçı direktoruŞahmar Mövsümovun sözlərinə görə, bu daşınmaz əmlakın satışı uğurlu hesab edilir. “Bu cür əməliyyat, yəni birbaşa daşınmaz əmlakın satışı ARDNF-in daşınmaz əmlak portfeli üçün ilkdir və portfel üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu əməliyyat nəticəsində daşınmaz əmlak portfelində əlavə vəsait yaranır ki, bu da, öz növbəsində, daşınmaz əmlak fondları vasitəsilə portfelin daha da diversifikasiya edilməsinə, o cümlədən Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionlarına fokuslanmağa imkan yaradır”, - məlumatda Mövsümovun sözlərindən sitat gətirilir. .
ARDNF "Palazzo Turati" ofis binasını 2016-cı ilin yanvar ayında 97 mln. avroya alıb.
Fond 2012-ci ildən başlayaraq London, Moskva, Paris, Milan, Seul və Tokioda daşınmaz əmlakın alınmasına, eləcə də PGIM Real Estate, AXA Investment Management, PAG Real Estate, E-Shang Redwood, Gaw Capital Partners, BlackStone Real Estate, Walton Street Capital və Blackrock Fund Managers Limited tərəfindən idarə olunan bir sıra daşınmaz əmlak fondlarına investisiya qoyub.
Bundan başqa, ARDNF PGIM Real Estate, Blackrock Fund Managers Limited, Walton Street Capital və Gaw Capital Partners fondları ilə birlikdə bir sıra daşınmaz əmlak obyektlərinə investisiyalar yatırıb. 31 dekabr 2018-ci ildə ARDNF-nin xaricdə daşınmaz əmlak alışına ümumi sərmayələri $2 mlrd. 142 mln. 392,602 min həcmində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan”a Hesabalama Palatasından məlumat verilir.
Yatırımlar strukturunda $1 mlrd. 15 mln. 401,84 min və ya 47,4% - birbaşa investisiyaların,$59 mln. 462,41 min və ya 2,7% - borc fondlarına edilən investisiyaların, $329 mln. 881,914 min və ya 15,4% -müştərək investisiyaların, $737 mln. 646,439 min və ya 34,5% –daşınmaz əmlak fondlarına edilən investisiyaların payına düşüb. 2018-ci il ərzində ARDNF-nin xaricdə daşınmaz əmlak alışına ümumi investisiyaları $114 mln. 684,019 min təşkil edib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
**
B.Rüstəmbəyov