Azərbaycanda 2020-ci ildə 7 mindın çox məcburi köçkün ailəsinin yeni mənzillərə yerləşdirilmısi planlaşdırılır.
Dövlət başçısının rəsmi saytının məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin cümə günü Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşü zamanı bəyan olunub.
“2020-ci il üçün yataqxanalarda yaşayan məcburi köçkünlərin yeni məınzillərə yerləşdirilməsi ilə bağlı biz üç variantda sənəd hazırlamışıq”, - Rzayev görüşdə bildirib.
O qeyd edib ki, məcburi köçkünlərin yaşadığı yataqxanaların əksəriyyəti qəzalı vəziyyətdədir.
Onun sözlərinə görə, birinci variantda Abşeron və Goranboy rayonlarında 6,989 min ailənin, ikinci variantda – Gəncə şəhəri, Qaradağ vəŞəımkir rayonlarında 6,934 min ailənin, üçüncü variantda – Bakının Binəqədi rayonunda.ş Gəncı şəhırindəı və Azərbaycanın Samux rayonunda 7,059 min ailənin yerləşdirilməsi nəzərdə tutulub.
O qeyd edib ki, 2019-cu ilin sonunadək Şirvan rayonunda 685 mənzil, Göyçay rayonunda 80 mənzildən ibarət bina, Kürdəmirdə 565 mənzildən ibarət böyük bir qəsəbə, Göygöl rayonunda ümumilikdə 130 mənzildən ibarət üç bina, Ucar rayonunda 250 ailəlik bir qəsəbə, həmçinin Taxtakörpü qəsəbəsində 645 fərdi evməcburi köçkünlərin ixtiyarına veriləcək.
“Bütövlükdə, 2019-cu ilin sonunadək 3,7 min mənzilin inşası başa çatdırılacaq”, - Rzayev qeyd edib.
O, həmçinin bildirib ki, 10 ay ərzində Abşeron rayonunun “Stansiya Sumqayıt” ərazisində 1,25 min ailəlik qəsəbənin tikintisinin başa çatdırılması planlaşdırılır.
Əliyev, öz növbəsində gələn il üçün proqrama yenidən baxılmanın zəruriliyini qeyd edib, xüsusilə Bakı və Sumqayıt şəhərlərini nəzərə almağı tapşırıb. Çünki ən çox köçkünlərin məskunlaşdığı şəhərlər Bakı və Sumqayıtdır.
“Məncə biz üçüncü variant üzərində dayanmalıyıq. Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik. Siz bu proqrama yenidən baxın, Ona görə bu proqramı mən bütövlükdə təsdiqləyirəm. Ancaq buna əlavələr edilməlidir, daha böyük həcmdə evlər tikilməlidir. O ki qaldı, buna lazım olan vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən prioritet məsələdir”, - Əliyev izah edib.
Həmçinin prezident bildirib ki, məcburi köçkünlər yeni mənzillərə köçürüləndən sonra qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir və onların yerində yeni binalar tikilə bilər. **
X.Nəsirzadə