Azərbaycanın xarici İşlər naziri Elmar Məmmədyarov Qətərin Bakıdakı yeni səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabın etimadnaməsinin surətini qəbul edib.
“Görüşdə həmsöhbətlər Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə ediblər və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulayıblar”, - XİN-in məlumatında deyilir.
E.Məmmədyarov Qətər vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi haqqında sazişin təsdiq edilməsinin iki ölkə arasında turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, Əl Hənzab Qətərin səfiri diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. **
F.İsazadə