Azərbaycanda 2019-cu ildə 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Bu barədə Təhsil Nazirliyindən məlumat verilir.
“Həmin məktəblərdən 20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir”, - məlumatda deyilir.
Əvvəl təhsil naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək.
2018-ci ildə 43 rayonda 8,12 min şagird yerlik 140-dan çox modul tipli məktəb inşa edilib. 2017-ci ildə 106 modul tipli məktəb tikilib.
Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. **
X.Nəsirzadə