2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1,688 min ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-sentyabr aylarında avtomobil istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə artıb. Bu artım ötən ilin aprel ayında Azərbaycanda minik avtomobillərinin istehsalnın bərpa olunması ilə əlaqədardır”, - Komitədən bildirilir.
Cari ilin yanvar ayında 89 ədəd, fevralda 87 ədəd, martda 107 ədəd, apreldə 153 ədəd, mayda 490 ədəd, iyunda 186 ədəd, iyulda 192 ədəd, avqustda 192 ədəd, sentyabrda 192 avtomobil istehsal olunub.
1 oktyabr 2019-cu il tarixinə anbarlarda 325 ədəd avtomobil var.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 886 ədəd müxtəlif təyinatlı traktor (azalma 26,2%) istehsal olunub. Oktyabrın 1-nə anbarlarda 358 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.**
B.Rüstəmbəyov