2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan $501,5 mln. dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilir.
"2019-cu ilin 9 ayı ərzində Azərbaycan $501,5 mln. dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib (emal olunmuş kənd təsərrüfatı məhsulları nəzərə alınmadan). 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ASK məhsullarının ixracı 16,3% artıb", -nazirlikdən qeyd ediblər.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını 23,9% - $589,6 mln.-a qədər artırıb. Pomidor ən böyük ixrac məhsulu olub ($177 mln.).**
B.Rüstəmbəyov