“NBC Bank” 2019-cu ilin yanvar-sentyabr aylarında aktivlərini 7,6% - 304,814 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 222,203 mln. manat (2019-cu ilin yanvar-sentyabr aylarında artım 8.7% - İF) təşkil edib.
Hesabat dövrünün sonuna “NBC Bank”ın öhdəlikləri 246,505 mln. manata (artım 9,4%) bərabərdir.
Hesabat dövrünün sonuna bankda depozitlər 123,264 mln. manat (artım 15,8%) təşkil edib.
Sentyabrın 30-na bankın kapitalı 58,31 mln. manat (artım 0,4%), nizamnamə kapitalı 64 mln. manat (dəyişməyib) məbləğindədir.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə “NBC Bank”ın xalis mənfəəti 111,5 min manat təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,1 dəfə azdır.
“NBC Bank” 1992-ci ilin dekabr ayında təsis edilib. Bankın səhmdarları 2 hüquqi (8,75% pay) və 7 fiziki şəxsdir (91,25% pay).**
Ə.Məmmədov