Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib.
“Səfər çərçivəsində müdafiə naziri, həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb”, - deyə məlumatda bildirilir.
Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Z.Həsənovun Çinə səfəri bu ölkənin Dövlət Şurasının üzvü, milli müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə həyata keçirilir.*
F.İsazadə