Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC yanında Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Ağcabədi rayonunda əkin sahələrinin suvarmasına 7 mln. manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, Birləşmiş Müdiriyyət 7,022 mln. manat ümumi məbləğdə iki müqavilə imzalayıb.
Birinci müqavilə "Azəri Servis LTD" MMC ilə imzalanıb. MMC Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsini suvarma suyu ilə təmin edəcək. Müqavilənin dəyəri 2 mln. 212,5 min manatdır.
“Muğansutikinti” MMC ilə imzalanan müqavilə Ağcabədi rayonu ərazisində 2500 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsini nəzrədə tutur. Müqavilənin dəyəri 4,81 mln. manatdır. **
X.Nəsirzadə