Milli Məclisin sədri Oqtay Əsədov Yaponiya imperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak edəcək.
“Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Yaponiya imperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib. Mərasim oktyabrın 22-də keçiriləcək”, - parlamentin mətbuat xidməti məlumat verir.
Mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcək.
2016-cı ilin avqust ayında Akihito taxtı tərk etməsi bəyanatı ilə xalqa müraciət edib.
2019-cu il aprelin 30-da Akihito taxtdan imtina edib. Mayın 1-də onun böyük oğlu Naruhito taxta çıxıb.
Yeni imperatorun taxta çxması ilə Yaponiyada yeni “Reyva” – “Gözəl harmoniya” erası başlayıb. **
F.İsazadə