“Azərenerji” ASC Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar “Sumqayıt” Elektrik Stansiyasının fəaliyyətinin dayanmasına imkan verməmək məqsədilə tədbirlər görüb. Bu barədə ASC-nin rəhbəri Baba Rzayev bildirib.
“Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasını işini dayandırmaq təhlükəsi ilə üzləşdirib. Bununla əlaqədar Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurmağa qərar verilib”, - Rzayev qeyd edib.
O vurğulayıb ki, bununla da ilk dəfə MDB məkanında soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq.
“Bu layihəyə üzrə işlərə başlanılıb və 8 ay müddətində başa çatdırılacaq (202-ci ildə - İF), - Babayev qeyd edib.
“Sumqayıt” İstilik Elektrik Stansiyası 2008-ci ilin sonunda istifadəyə verilib. İES “Sumqayıt” ES-də ümumi gücü 517 MVt təşkil edən iki blokdan ibarətdir. Layihənin baş podratçısı Siemens şirkətidir. 2005-ci ilin may ayında şirkətlə 257 mln. avro məbləğində açar təhvili şərti ilə müqavilə imzalanıb. Layihənin ümumi dəyəri, yeni qaz xəttinin çəkilişi daxil olmaqla, 300 mln. avroya yaxın təşkil edir.
Öncə Sumqayıtda iki istilik stansiyası fəaliyyət göstərib. Lakin, 2001-ci ildə “Azərenerji” iri həcmdə yanacaq sərfiyatı səbəbindən onların istifadəsini dayandırıb. **
B.Rüstəmbəyov