Beynəlxalq maliyyə təşkilatları tərəfindən buraxılan qiymətli kağızlar marketmeyker fəaliyyətinin predmeti kimi təsdiq olunan 1-ci qrup qiymətli kağızların siyahısına daxil edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından (BFB) məlumat verilib.
BFB-nın İdarə Heyətinin 18 oktyabr tarixində keçirilən iclasında müvafiq qərar qəbul olunub.
Bundan əlavə, BFB-dən qeyd olunduğu kimi, marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcminə dəyişliklik edilib.
“Xüsusilə, marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi 1-ci qrup qiymətli kağızlar üzrə 5 dəfə - 1,5 mln. manatdan 300 min manatadək, 2-ci qrup qiymətli kağızlar üzrə 4 dəfə - 200 mkin manatdan 50 min manatadək azaldılıb. Bu qərar korporativ qiymətli kağızlar bazarında marketmeyker fəaliyyətinin stimullaşdırılması ilə bazarın likvidliyinin artırılmasına xidmət edəcək”, - BFB-dən qeyd ediblər.
Öncə 1-ci qrup qiymətli kağızlar siyahısına Maliyyə Nazirliyinin dövlət istiqrazları, Azərbaycan Mərkəzi Bankının notları, İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları daxil idi. **
Ə.Məmmədov