“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC bir sıra obyektlərin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün şirkət seçir.
Seçim təkliflər sorğusu metodu ilə və iki lot üzrə keçirilir.
1-ci lot Sumqayıt Kimya Sənaye Parkında yerləşən Peşə Tədris Mərkəzinin C və E bloklarının zirzəmisində emalatxana avadanlıqlarının quraşdırılması üçün zirzəminin təyinatının dəyişdirilməsi üzrə layihə-smeta sənədlərinin, 2-ci lot isə Sumqayıt Kimya Sənaye Parkının S.Vurğun küçəsi 1183 ünvanında yerləşən 94,13 hektar ərazisində inşa olunacaq avtomobil dayanacağının şəhərsalma əsaslandırılmasının layihəsinin hazırlanmasına dair iş və xidmətlərin satın alınmasını nəzərdə tutur.
Tenderdə hər bir lot üzrə iştirak haqqı 100 manatdır.
Şirkətlər təkliflərini 25 oktyabr saat 13:00-dək təqdim edə bilər. Təklif zərfləri 25 oktyabr saat 16:00-da açılacaq.
Əlaqə telefonu: (012) 488-80-65.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.*
B.Rüstəmbəyov