Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov