İqtisadiyyat Nazirliyi bölgələrdə sənaye parkı və ya məhəllələrin yaradılması məqsədilə sənaye zonalarının yaradılması ilə bağlı işlər həyata keçirir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır. Bu ilin sonunadək bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim ediləcək”, - Mustafayev nazirliyin geniş kollegiya iclasında bildirib.
Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və 4 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir.** B.Rüstəmbəyov