Azərbaycan prezidenti İlham Əliyev üç estrada ifaçısına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Tünzalə Ağayeva, Mir Yusif Mirbabayev və Nəcəfova Röyaləyə (Röya) Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə “Xalq artisti” fəxri adı verilib.
Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə