SOCAR şirkətinin (ARDNŞ) “SOCAR Methanol” MMC 2019-cu ilin yekunları üzrə 360 min ton metanol istehsal etməyi planlaşdırır. Bunu “İnterfaks-Azərbaycan”a SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
2018-ci ildə “SOCAR Methanol” 191,4 min ton metanol istehsal edib. Beləliklə, 2019-cu ildə istehsalın artımı 88,1% təşkil edəcək.
Əhmədovun məlumatına əsasən, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində “SOCAR Methanol” 314 min tondan artıq metanol istehsal edib.
Metanol zavodu Bakının Qaradağ rayonunda Azərbaycan Metanol Şirkəti (AzMeCo) tərəfindən inşa edilib. 2015-ci ildə AzMeCo zavodun tikintisinə $500 mln.-a yaxın investisiya yatırıb. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir. 2015-ci ilin sonunda zavod fəaliyyətini dayandırıb.
SOCAR zavodu 810 mln. manata “Aqrarkredit” QSC-dən alıb. Məhkəmənin qərarı ilə zavod ABB-dən “Aqrarkredit”in sərəncamına verilib. **
N.Abbasova