Kənd Təsərrüfatı Nazirliyi yaş baramanın qurudulması üçün yığım məntəqələrinin tikintisinə 3 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, «Kaizen» MMC ilə müvafiq müqavilə imzalanıb. Məntəqə Zaqatala rayonunda tikiləcək.
Müqavilənin dəyəri – 2 mln. 843,748 min manatdır. **
B.Rüstəmbəyov