“Azalternativenerji” MMC qazlaşdırılmayan ucqar yaşayış məntəqələrində alternativ enerji mənbələrinin tətbiqinə dair təkliflər hazırlayacaq.
“Azalternativenerji” Energetika Nazirliyinin elan etdiyi müvafiq tenderin qalibi olub. Şirkət ilə müqavilə imzalanıb”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
İşlərin həcminə texniki-iqtisadi nöqteyi-nəzərdən qazlaşdırılması məqsədəuyğun hesab olunmayan ucqar yaşayış məntəqələrində alternativ enerji mənbələrinin tətbiqi və müvafiq təkliflərin hazırlanması daxildir. **
B.Rüstəmbəyov