“Qarabağ Taxıl” MMC idarəetmə strukturunu dəyişib. Bu barədə “İnterfaks-Azərbaycan”a MMC-dən məlumat verilib.
“Şirkət fərdi idarəetməni ləğv edərək kollegiya idarəetməyə keçməyi qərar alıb. Şirkətin İdarə Heyəti yaradılıb”, - cəmiyyətdən bildiriblər.
Vüqar Baloğlanov İdarə Heyətinin sədri təyin olunub. Həmçinin Fikrət Abdullayev və Ruslah Behbudov struktura daxil olublar.
“Şirkətin nizamnamə kapitalı 4 mln. manat səviyyəsində qalıb”, - cəmiyyədən vurğulanıb.
“Qarabağ Taxıl” MMC 2012-ci ildən fəaliyyət göstərir və “Səba” ASC-nin strukturuna daxildir. **
Ə.Məmmədov