Balakən Rayon İcra Hakimiyyəti III Xurma Festivalının təşkili ilə əlaqədar hazırlıq işlərinə sahibkar Fərid Şıxlinskini cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İcra Hakimiyyətindən məlumat verilib.
Bu məqsədlə Balakən RİH F.Şıxlinski ilə 19,95 min manat dəyərində müqavilə bağlayıb.
Xurma 2018-ci ilin yekunları üzrə Azərbaycanın qeyri-neft ixracının TOP-3-nə daxil olub. Ötən il onun ixracından $114,5 mln. (2017-ci illə müqayisədə artım 25,9%) gəlir əldə edilib.*
A.Əzizov