Azərbaycan və Çin hərbi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində hüquqi sənəd imzalayacaq.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində hüquqi sənədin imzalanması barədə ilkin razılıq Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Çin Xalq Respublikasının milli müdafiə naziri general-polkovnik Vey Fenxenin Pekində baş tutmuş görüşündə əldə edilib.
“Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Nazirlər Azərbaycan və Çinin ərazi bütövlüyünün dəstəkləndiyini bildiriblər.*
A.Əzizov