2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2018-ci ilin analoji dpvrü ilə müqayisədə 20,6% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin 9 ayı ərzində respublikada 760,6 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla belə, bu dövr ərzində kimya məhsullarının istehsal həcmi 20,6%, rezin və plastmas məmulatların istehsal həcmi 26,1%, əczaçılıq məhsullarının istehsalı 12,6% artıb”, - Komitədən bildiriblər.
Məlumatlara əsasən, bu dövrdə yod istehsalı 5,4% - 144,3 tona qədər, propilen istehsalı 59,2% - 74,7 min tona qədər, etilen istehsalı 14,5% - 98 min tona qədər, lak-boya məhsulları istehsalı 79,6% - 17 min 832 tona qədər, digər orqanik kompozisiya həlledici və təmizləyici istehsalı 58,4% - 19 min 909,4 tona qədər artıb.
Hesabat dövründə azot istehsalı 5,1% - 17 mln. 47,4 min kubmetrə qədər, oksigen istehsalı 30,1% - 2 mln. 588,1 min tona qədər, polietilen istehsalı 7,6% - 76,9 min tona qədər azalıb. **
B.Rüstəmbəyov