158 ölkə Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçiriləcək sammitində öz iştirakını təsdiqləyib. Bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.
"158 ölkə Qoşulmama Hərəkatının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək sammitində öz iştirakını təsdiqləyib", - deyə R.Həsənov bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, sammitdə 4 sənədin qəbul edilməsi nəzərdə tutulur.
R.Həsənov əlavə edib ki, 246 yerli və xarici jurnalist sammiti işıqlandırmaq üçün akkreditasiyadan keçib.*
F.İsazadə