Venesuela prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçiriləcək sammitində iştirak edəcəyi gözlənilir. Bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.
"Maduronun sammitdə iştirak edəcəyini gözləyirik", - deyə o, bu gün brifinqdə bildirib.
R.Həsənovun sözlərinə görə, ümumilikdə sammitdə 60-a yaxın prezident və hökumət başçısının iştirakı gözlənilir.
Sammitdə Qoşulmama Hərəkatına sədrlik üç il müddətinə Venesueladan Azərbaycana keçəcək.*
F.İsazadə