Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammiti çərçivəsində nazirlər görüşündə iştirak etmək ehtimalı azdır.
“Daha əvvəl S.Lavrovun Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak edəcəyi planlaşdırılırdı. Görünür, onun səfəri baş tutmayacaq. Çünki bu günlərdə, 23-24 oktyabr tarixlərində Soçidə Rusiya-Afrika sammiti keçiriləcək”, - deyə o, bu gün brifinqdə bildirib.
Qoşulmama Hərəkatının Sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.
Sammitdən əvvəl 21-22 oktyabr tarixlərində rəsmi şəxslərin hazırlıq görüşü və 23-24 oktyabr tarixlərində nazirlərin hazırlıq görüşü keçiriləcək.*
F.İsazadə