Ermənistan nümayəndə heyəti Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçiriləcək sammitində iştirak etməyəcək. Bu barədə xarici işlər nazirinin müavini Ramiz Həsənov məlumat verib.
“Ermənistan Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün müraciət etməyib. O, təşkilatda müşahidəçi ölkə olsa da, təşkilatın saytında qeydiyyatdan keçən iştirakçıların siyahısında yoxdur”, - deyə R.Həsənov bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu və ya digər ölkənin sammitdə iştirakına qarşı olmayıb.*
F.İsazadə