2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 580,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalı 2 mln. 539,3 min ton (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 1,2%), tikinti əhəngi istehsalı 33,5 min ton (artım 51,8%), sement, süni daş və ya betondan tikinti blokları və kərpic istehsalı 72,2 min ton (artım 22%), asfalt istehsalı 250 min ton (artım 13,6%), tikinti kərpici istehsalı 312,5 min ton (artım 40,8%), hazır beton qarışığı istehsalı 1 mln. 321,7 min ton (artım 22,1%), işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 27,924 min ton (artım 21,5%) təşkil edib.
Hesabat dövründə tikinti gipsi istehsalında 72,8% - 9,1 min tonadək, yığma beton konstruksiya istehsalında 57,4% - 31,8 min kubmetrədək azalma qeydə alınıb.*
B.Rüstəmbəyov