“Aqrolizinq” ASC kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının tətbiqi ilə bağlı Azərbaycanın bütün regionlarını əhatə edəcək təlimin keçirilməsi xidməti üçün «Agro Development» MMC-ni cəlb edib.
www.tender.gov.az saytının məlumatına görə, imzalanan müqavilənin dəyəri 129,3 min manat təşkil edib.
Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması üzrə yeni qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
“Aqrolizinq” ASC 2004-cu ilin oktyabr ayında yaradılıb və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.**
B.Rüstəmbəyov