Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan prezidenti İlham Əliyev Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 mln. manat ayırmağı tapşırıb.
Prezident Əliyev çərşənbə axşamı müvafiq sərəncam imzalayıb. Sərəncam dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, vəsait Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinə yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
X.Nəsirzadə