Beynəlxalq inspeksiya qrupu Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Orduda silahlara nəzarət keçiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Naxçıvan Muxtar Respublikasında “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, artilleriya və minaatan qurğularının sayı yoxlanılıb”, - məlumatda deyilir.
Bundan başqa, inspeksiya qrupu Təlim-Tədris Mərkəzinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış keçirib.
Nəzarət inspeksiyası Norveç Krallığının rəhbərlik etdiyi və tərkibində Danimarka, Lüksemburq, Niderland, İspaniya və ABŞ-dan nümayəndələrin də yer aldığı 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən keçirilib. **
X.Nəsirzadə