2019-cu ilin yekunları üzrə Azərbaycanda ÜDM-in artımı 2018-ci ildə 1,4%-ə qarşı 2,3% təşkil edəcək.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi hökumətin yenilənmiş proqnozlarına əsasən, cari il ÜDM-in artım templəri ilkin qiymətləndirmələrdən aşağı olacaq (3,2% - İF).
Proqnozlara əsasən, 2019-cu ilin yekunları üzrə Azərbaycanda ÜDM-in nominal həcmi 2018-ci ildə 79 mlrd. 797,3 mln. manata qarşı 79 mln. 126,9 mln. manat təşkil edəcək.
Cari il neft ÜDM-in artımı 2018-ci ildə 0,6%-dən 0,8%-dək sürətlənəcək, qeyri neft ÜDM-in artımı bir il öncə 1,8%-dən 3,2%-dək sürətlənəcək. **
A.Əzizov