Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) elektron maliyyə xidmətləri sistemi tətbiq etməyi planlaşdırır.
Bu məqsədlə MBNP tender elan edib.
Tender şərtlərinə görə, sistem tərtibatçısı onun “Elektron hökumət” portalına inteqrasiyasını təmin etməlidir.
Tenderin qalibi işləri 12 ay ərzində yerinə yetirməlidir.
Tenderdə iştirak haqqı 600 manatdır.
Təkliflər 22 noyabr tarixinədək qəbul olunur. Təklif zərfləri noyabrın 25-də açılacaq.*
Ə.Məmmədov