Azərbaycan və Rusiya hökumət nümayəndələri videokonfrans əlaqəsi vasitəsilə müşavirə keçiribləır. Müşavirədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Müşavirədə Rusiya tərəfinə sənaye və ticarət naziri Denis Manturov, Azərbaycan tərəfinə – Şahin Mustafayev rəhbərlik edib.
Müşavirə oktyabrın 22-də günün birinci yarısında keçirilib Günün ikinci yarısında Mustafayev iqtisadiyyat naziri vəzifəsindən azad edilərək baş nazirin müavini təyin olunub. “Tədbirdə iki nazirlik, ticarət nümayəndəlikləri, həmçinin Rusiya və Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər”, - Sənaye və Ticarət Nazirliyi məlumat verir.
Tərəflər müşavirədə gəmiqayırma və helikopterqayırma sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Bundan başqa, iştirakçılar RF ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bir sıra perspektivli istiqamətlərini qeyd ediblər”, - məlumatda vurğulanır. **
A.Əzizov