Kənd Təsərrüfatı Nazirliyi yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisinə “Kaizen” MMC-ni cəlb edib.
www.etender.gov.az saytının məlumatına görə, nazirlik “Kaizen” ilə 5 mln. 631,825 min manat ümumi məbləğdə iki müqavilə imzalayıb.
Birinci müqavilə Ağsu rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisini (dəyəri – 2 mln. 803,424 min manatdır), ikinci - Zərdab rayonunda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisini (dəyəri 2 mln. 828,401 min manat) nəzərdə tutur. **
X.Nəsirzadə