Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Mikayıl Cabbarovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzayıb.
Dövlət başçısının sərəncamı prezidentin saytında dərc olunub.
Digər sərəncamla Cabbarov iqtisadiyyat naziri təyin olunub.
Xəbər verildiyi kimi, dünən prezident Əliyev Şahin Mustafayevin iqtisadiyyat naziri vəzifəsindən azad edilməsi və baş nazirin müavini təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziri vəzifəsində çalışıb. **
A.Əzizov