Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunan fərmana əsasən, İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq olunub.
Eyni zamanda, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. **
A.Əzizov