2019-cu ilin yanvar-sentaybr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 180,6 mln. manat və ya ÜDM-in 0,3%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 871,2 mln. manat (ötən ilin analoji dövrü ilə müqayisədə artım 4,9%) təşkil edib.
Vergilər Nazirliyinin xətti ilə gəlirlər strukturunda daxiliolmalar 5 mlrd. 608,5 mln. manat (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 5,7%), həmçinin qeyri-neft sektorundan – 3 mlrd. 928,4 mln. manat (artım 12,6%) və ya nazirlik üzrə bütün yığımların 70%-ni təşkil edib.
Hesabat dövründə Dövlət Gömkür Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 mlrd. 250,1 mln. manat təşkil edib (artım 25%).
Трансферты в госбюджет из Государственного нефтяного фонда составили 7 млрд ARDNF-dən dövlət büdcəsinə transfertlər 7 mlrd. 536 mln. manat, digər gəlirlər 99,4 mln. manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri 377,2 mln. manat təşkil edir.
III rübdə dövlət büdcəsinin gəlirləri 6 mlrd. 465,7 mln. manat təşkil edib.
Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 16 mlrd. 690,6 mln. manat təşkil edib (artım 6,5%).
Sosial xərclər 5 mlrd. 888,7 mln. manat və ya hesabat dövrü ərzində bütün xərclərin 35,3%-ni təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə onların həcmi 8,8% artıb.
9 ay ərzində dövlət büdcəsinin cari xərcləri 8 mlrd. 948,5 mln. manat və ya dövlət büdcəsinin bütün xərclərinin 53,6%-ni, əsaslı xərcləri – 6 mlrd. 320,6 mln. manat (bütün xərclərin 37,9%-ni), dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərcləri 1 mlrd. 421,5 mln. manat (bütün xərclərin 8,5%-ni) təşkil edib.
İyul-sentyabr aylarında büdcə xətrcləri 5 mlrd. 739,6 mln. manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 9 ay ərzində icmal büdcənin gəlirləri 25 mlrd. 566,7 mln. manat (artım 7,1%), xərcləri - 17 mlrd. 963,6 mln. manat, profisit - 7 mlrd. 603,1 mln. manat və ya ÜDM-in 13%-ni təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat məbləğində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.**
B.Rüstəmbəyov