Prezident İlham Əliyev bu gün Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam dövlət başçısının saytında dərc olunub.
İ.Əliyev, həmçinin R.Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bundan başqa, prezidentin fərmanı ilə R.Mehdiyev Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.
R.Mehdiyev 1995-ci ilin fevral ayından Prezident Administrasiyasının rəhbəri olub.*
A.Əzizov