Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif ölkələr arasında kitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər.
XİN-in məlumatına görə, Məmmədyarov və Zərif Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində görüş keçiriblər.
“Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri üzrə fikir mübadiləsi apardılar. Həmsöhbətlər iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığını söylədilər”, - məlumatda deyilir.
Məmmədyarov və Zərif vurğulayıblar ki, uğurla inkişaf edən regional əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açır. **
F.İsazadə